03 May 2024
"Delta" ştammı Azərbaycana necə gəlib və hansı ağır xəstəliklərə səbəb olur? - RƏSMİ AÇIQLAMA

"Delta" ştammı Azərbaycana necə gəlib və hansı ağır xəstəliklərə səbəb olur? - RƏSMİ AÇIQLAMA

15 İyul 2021
Baxış: 647

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Delta” ştammının ölkəyə necə keçməsi ilə bağlı fikirlərə münasibət bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, T.Eyvazov bir şəxsin uçuşdan əvvəl verdiyi testin neqativ çıxmasından müəyyən vaxtdan sonra nəticəsinin pozitiv olmasını misal gətirib.

O qeyd edib ki, xəstəliyin gizli dövrü var:

“Sonuncu dövrdə virus özünü pozitiv olaraq büruzə verə bilər. Bilirik ki, adətən uçuşdan 72 saat əvvəl PCR testi nəticəsində nəticə neqativ ola bilər. Lakin keçən müddətdən sonra tənəffüs yollarına düşən virus növbəti analizdə pozitiv çıxa bilər”.

Baş infeksionist bildirib ki, “Delta” ştammının daha ağır xəstəliklərə səbəb olması və digər təhlükələrlə bağlı hələ heç bir elmi sübut yoxdur. Baş verən fəsadlar sadəcə müşahidələrdir.

Mütəxəssis həmçinin vurğulayıb ki, iki doza alan və xəstəliyi yüngül keçirən şəxslərin xəstəxanaya yatırılmasına ehtiyac yoxdur:

“Mümkün qədər arxayınlaşmayaq. Peyvəndin kütləviliyi də artırılmalıdır, çünki yeganə çıxış yolu vaksinasiyadır”.