04 May 2024
Conson Putinlə razılaşmayan bu şəxsləri Britaniyaya DƏVƏT ETDİ

Conson Putinlə razılaşmayan bu şəxsləri Britaniyaya DƏVƏT ETDİ

28 İyun 2022
Baxış: 415

Böyük Britaniyanın Baş naziri Boris Conson hakimiyyətdən narazı olan rusiyalı alimləri açıq şəkildə Böyük Britaniyaya köçməyə dəvət edib.

AJMEDİA.İNFO bu barədə “The Guardian”a istinadən xəbər verir.

Conson Ukrayna universitetləri ilə əməkdaşlıq sisteminin bir hissəsi olaraq, ukraynalı alimlərə Böyük Britaniya institutlarında tədqiqatlarını davam etdirməyə imkan verəcək bu təklifin rusiyalı həmkarlara da şamil edildiyini söyləyib.

“Putinin zorakılığına təşvişlə baxan və artıq Rusiyada özlərini təhlükəsiz hiss etməyən rusiyalı alimlərə və tədqiqatçılara: Böyük Britaniyaya gəlmək və açıqlığa, azadlığa və bilik axtarışına dəyər verən bir ölkədə işləmək üçün çəkinmədən müraciət etməlisiniz”, – deyə Conson qeyd edib.