04 May 2024
Çinin Xarici İşlər naziri Rusiyaya səfər edəcək

Çinin Xarici İşlər naziri Rusiyaya səfər edəcək

09 Sentyabr 2020
Baxış: 1337

Çinin Xarici İşlər naziri Moskvaya səfər edəcək.

AJM-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

XİN sözçüsü bildirib ki, nazir Vanq Yi sentyabrın 10-dan 16-dək Rusiya, Qazaxıstan, Qırğızıstan və Monqolustanda səfərdə olacaq.

Onun sözlərinə görə, Moskvaya səfər Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə baş tutacaq. Çin XİN başçısı Moskvada Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər nazirləri səviyyəsində keçiriləcək görüşündə iştirak edəcək.