04 May 2024
Çindən III Dünya müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

Çindən III Dünya müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

27 Aprel 2022
Baxış: 448

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin heç kimin Rusiya-Ukrayna müharibəsinin yeni dünya müharibəsinə səbəb olmasını istəmədiyini bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, nazirliyin mətbuat katibi açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrovun "Üçüncü Dünya Müharibəsinin başlaması real təhlükədir" şərhini dəyərləndirib:

"Heç kim III Dünya Müharibəsinin başlanmasını görmək istəmir. Ümid edirik ki, müharibədə iştirak edən tərəflər sakit düşünüb təmkinlə hərəkət edəcək, gərginliyin artmasının qarşısını alacaq və sülhü mümkün qədər tez təmin edəcəklər. Onlar Avropaya və dünyaya daha pis nəticə ödətməkdən çəkinəcəklər”.

Vanq eyni zamanda Avstraliyanın Müdafiə naziri Peter Duttonun "tezliklə regional münaqişə başlayacaq və Avstraliya müharibəyə hazır olmalıdır" və "Çinin ambisiyaları artıb" sözlərinə reaksiya verib.

"Bəzi avstraliyalı siyasətçilər öz eqoist siyasi mənfəətləri naminə qeyri-ciddi şərhlər verir və Çinə qarşı müharibə üçün çağırışlar edirlər. Çin xalqı və beynəlxalq ictimaiyyət belə ucuz addımların məqsədini yaxşı bilir", - deyə Vanq bildirib. (sfera.az)