05 May 2024
“Bütün əsirləri Ermənistana qaytarın” - ABŞ-dan Azərbaycana QƏRƏZLİ ÇAĞIRIŞ

“Bütün əsirləri Ermənistana qaytarın” - ABŞ-dan Azərbaycana QƏRƏZLİ ÇAĞIRIŞ

09 Noyabr 2021
Baxış: 522

ABŞ Dövlət Departamenti Azərbaycana qarşı növbəti dəfə qərəz nümayiş etdirib.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Azərbaycanı bütün əsirləri ( diversant) Ermənistana qaytarmağa çağırıb. Eyni zamanda Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı bütün razılaşmalara tam əməl etməyə səsləyib:

“Biz bütün məhbusların geri qaytarılmasına, itkin düşənlərin tam qeydiyyata alınmasına, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin minalardan təmizlənməsinə çağırırıq” – deyə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

Bəyanatda qeyd olunub ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təmin edilməsində maraqlıdır. Ermənistan və Azərbaycanın Minsk Qrupunun həmsədrliyi ilə tərəflərin qarşılıqlı fəaliyyəti davam etdirməsini vacib hesab edir. Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmağın vacibliyi vurğulanır.

Görünür ABŞ hökuməti ara-sıra bu cür açıqlamalar verməklə, Cənubi Qafqazda varlığını nümayiş etdirmək istəyir. Eyni zamanda Minsk Qrupunun fəaliyyəti və erməni diversantların qaytarılması məsələsini ortaya atmaqla Azərbaycana qarşı qərəz sərgiləyir. Amma bütün yarımçıq qalan məsələlər və atılacaq addımlar haqda yalnız Azərbaycan və Ermənistan tərəfi müzakirələr aparır. Bu məsələ isə sadəcə region dövlətlərinin (xüsusən Rusiya, Türkiyə) vasitəçiliyi ilə həyata keçirilir.(Konkret.az)