04 May 2024
Bu şəxslər 600 manat birdəfəlik müavinət alacaq - VİDEO

Bu şəxslər 600 manat birdəfəlik müavinət alacaq - VİDEO

19 Aprel 2023
Baxış: 302

Qarabağ və Şərqi Zəngəzurda çalışmaq istəyənlər müxtəlif güzəştlərdən yararlanacaq.

Qanunvericiliyə edilən dəyişikliyə görə bu ildən etibarən yeni imtiyazlar müəyyənləşib.

Belə ki, işğaldan azad edilən ərazilərdə çalışacaq işçilərin son 5 ildə ən azı 2 il təcrübəsi varsa, birdəfəlik 600 manat müavinət alacaqlar. Bununla yanaşı gəlir vergisi, sosial sığorta ödənişlərindən də azad ediləcək.

AJMEDİA.İNFO xəbər verir ki, millət vəkili Vüqar Bayramov İTV-yə bildirib ki, bu imtiyazlar vətəndaşların əmək haqlarında artımların olmasına şərait yaradacaq.

Ətraflı videomaterialda izləyə bilərsiniz: