04 May 2024
"Bu, Rusiyanın dəhşətli səhvidir. Onlar heç vaxt..."

"Bu, Rusiyanın dəhşətli səhvidir. Onlar heç vaxt..."

17 İyun 2022
Baxış: 368

Rusiya Ukraynaya qarşı müharibədə artıq strateji baxımdan uduzub.

AJMEDİA.İNFO UNİAN-a istinadən bildirir ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Toni Radakin deyib.

O qeyd edib ki, Rusiya Federasiyası böyük itkilər verib, Finlandiya və İsveçin qoşulmaq istədiyi NATO-nu gücləndirib.

"Bu, Rusiyanın dəhşətli səhvidir. Rusiya heç vaxt Ukraynanı öz nəzarəti altına almayacaq", - Radakin bildirib.

O qeyd edib ki, Vladimir Putin yaxın həftələrdə taktiki uğur qazana biləcək, lakin o, artıq bunun üçün ordusunun gücünün təxminən 25 %-dən istifadə edib. Radakin əlavə edib ki, belə yüksək qiymətə Rusiya Federasiyası Ukrayna ərazisinin kiçik bir hissəsini ala bildi, amma eyni zamanda 50.000 insan öldürüldü və ya yaralandı.

O, Britaniyanın uzunmüddətli perspektivdə çoxlu sayda silah tədarük etməklə Ukraynaya dəstək verəcəyinə əmin edib.