04 May 2024
Bu rayonda SU OLMAYACAQ - Əhaliyə XƏBƏRDARLIQ

Bu rayonda SU OLMAYACAQ - Əhaliyə XƏBƏRDARLIQ

08 Sentyabr 2022
Baxış: 364

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Səhmdar cəmiyyət narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.