04 May 2024
Bu qurumun əməkdaşı Ağdamda MİNAYA DÜŞDÜ

Bu qurumun əməkdaşı Ağdamda MİNAYA DÜŞDÜ

26 Dekabr 2023
Baxış: 416

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə AJMEDİA.İNFO-ya ANAMA-dan bildirilib.

O, hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.