04 May 2024
Bu pensiyaçılara əlavə MÜAVİNƏT VERİLƏ BİLƏR

Bu pensiyaçılara əlavə MÜAVİNƏT VERİLƏ BİLƏR

15 Mart 2024
Baxış: 304

“Minimum həddə əmək pensiyası alan pensiyaçılara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinət verilsin”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin 15 mart tarixli iclasında deputat Musa Quliyev seçicilərin qaldırdığı bəzi təklifləri səsləndirərkən deyib.

O təklif edib ki, şəhid övladlarının təhsil güzəştinə tətbiq edilən yaş məhdudiyyəti götürülsün.

Həmçinin deputat təklif edib ki, Bakı-Gəncə-Ağstafa sürət qatarından qərb bölgəsinin əhalisinin daha səmərəli istifadəsini təmin etmək üçün biri Bakıdan və digəri Ağstafadan səhər çıxmaq və axşam geri qayıtmaq şərti ilə bu xəttə hər gün 2 qatar buraxılsın.