05 May 2024
Bu ölkələr Türkiyəyə ŞƏRT QOYDULAR - Belə olan halda...

Bu ölkələr Türkiyəyə ŞƏRT QOYDULAR - Belə olan halda...

01 Aprel 2023
Baxış: 424

Yunanıstan, Kipr və İsrailin xarici işlər nazirləri Şərqi Aralıq dənizində enerji əməkdaşlığı çərçivəsində Nikosiyada bir araya gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, onlar Şərqi Aralıq dənizində enerji sahəsində əməkdaşlığı qətiyyətlə davam etdirəcəkləri mesajını veriblər.

İsrailin xarici işlər naziri Eli Kohen ABŞ-ı üç ölkənin qurduğu birliyə daxil etmək istədiklərini bildirib. Yunanıstan xarici işlər naziri Nikos Dendias Türkiyənin də ABŞ-ın rəhbərliyi ilə qurulan Şərqi Aralıq dənizi qaz forumuna "beynəlxalq qaydalara riayət etmək şərti ilə" üzv ola biləcəyini ifadə edib.

Kiprin xarici işlər naziri Konstantinos Kombos isə Avropa İttifaqının Kipr məsələsinə daha çox qarışmasını istədiklərini vurğulayıb.

Yunanıstan Antalya sahillərində yerləşən Meis adası da daxil olmaqla, tələb etdiyi müstəsna iqtisadi zona xəritəsinin Türkiyə tərəfindən qəbul edilməsini istəyir. İsrailin xarici işlər naziri Eli Kohen isə yenə ad çəkmədən Türkiyəyə işarə edərək, İsrailin bölgədə quracağı yaxın əlaqələrin Yunan-Kıbrıs-İsrail əlaqələrinə təsir etməyəcəyini bildirib.

3 nazir liderlər səviyyəsində görüşün bu ilin sonunda Kiprdə keçirilməsinə qərar verib. musavat.com