04 May 2024
Bu ölkələr hava məkanlarını Rusiya aviasiyasının üzünə bağlayıb SİYAHI

Bu ölkələr hava məkanlarını Rusiya aviasiyasının üzünə bağlayıb SİYAHI

28 Fevral 2022
Baxış: 653

Avropa İttifaqı ölkələri və Kanada Rusiya Federasiyasının Ukraynada qarşı müharibənin başlamasından sonra öz hava məkanlarını Rusiya aviasiyasına bağlamağa başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu səbəbdən Rusiyanın aviaşirkətləri reysləri kütləvi şəkildə ləğv edir.

Hazırda Böyük Britaniya, Kanada, Polşa, Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Sloveniya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İslandiya, İrlandiya, İtaliya, Avstriya, Portuqaliya, İsveç və Niderland, Albaniya hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb. Onlara İspaniya və Şimali Makedoniya da qoşulub.

Qeyd edək ki, Rusiya təyyarələri üçün səmanı bağlayan ilk ölkə fevralın 26-da gecə yarısından etibarən Polşa olub.

“Mən Nazirlər Şurasının Rusiya aviaşirkətləri üçün hava məkanının bağlanmasına gətirib çıxaracaq qərarının hazırlanmasına göstəriş vermişəm”, - Baş nazir Mateuş Moravetski bildirib. (Report)