04 May 2024
Bu ölkədə maşınlar İSTİDƏN ƏRİYİR: Temperatur 73 dərəcədir - VİDEO

Bu ölkədə maşınlar İSTİDƏN ƏRİYİR: Temperatur 73 dərəcədir - VİDEO

08 İyul 2021
Baxış: 869

Küveytdə havanın temperaturunun kəskin artması fəsadlara yol açıb.

AJMEDİA.İNFO big.az-a istinadən bildirir ki, dünyanın ən isti ölkələrindən biri olan Küveytdə havanın temperaturu 53 dərəcədən 73 dərəcəyə qədər yüksəlib.

İsti və qızmar hava yolda avtomobillərin əriməsinə səbəb olub. Sinoptiklər anomal hava şəraitinin bu həftənin sonuna qədər davam edəcəyini bildiriblər.

Vətəndaşlara uzun müddət günəşli havada qalmamaları barədə xəbərdarlıq edilib.

Yerli medianın yayımladığı görüntülərdə insanların isti hava şəraitinə dözə bilmədiyi, hər kəs sərinlənmək üçün yer axtardığı kadrlar əks olunub.