03 May 2024
Bu il onun gülüşünü azaltdı... - Zelenskinin DOĞUM GÜNÜDÜR

Bu il onun gülüşünü azaltdı... - Zelenskinin DOĞUM GÜNÜDÜR

25 Yanvar 2023
Baxış: 312

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin 45 yaşı tamam olur.

AJMEDİA.İNFO-nun məlumatına görə, Zelenski 1978-ci ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub.

V. Zelenski 2019-cu ildə Ukrayna Prezidenti seçilməzdən əvvəl şoumen, aktyor, kinorejissor, aparıcı, müğənni, yumorist və parodiyaçı kimi məşhurluq qazanıb.

Mədəniyyət sahəsində fəaliyyətindən sonra prezident seçilməsi ilə dünya gündəminə gələn Zelenski 2022-ci ilin fevralında ölkədə müharibə başlamasından sonra da populyarlıq qazanıb. Müharibənin ilk günlərindən videomüraciətlər yayımlayan ölkə lideri dünyada əsasən rəğbət qazanıb.

V. Zelenskinin şəxsi həyatına gəldikdə isə qeyd etmək lazımdır ki, o, 2003-cü ilin sentyabrında məktəb yoldaşı olan Yelena Zelenskaya ilə ailə həyatı qurub. Cütlüyün 2004-cü ildə Aleksandra adlı qızı, 2013-cü ildə Krill adlı oğlu dünyaya gəlib.