05 May 2024
Bu gün nə qədər vaksin vurulub?

Bu gün nə qədər vaksin vurulub?

05 Aprel 2022
Baxış: 413

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 12 054 vaksin vurulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 259, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9 297, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 654-dür.

Teqlər: vaksinasiya