04 May 2024
Brüsseldə əldə olunan razılaşma - Rüstəm Tağızadə

Brüsseldə əldə olunan razılaşma - Rüstəm Tağızadə

07 Aprel 2022
Baxış: 679

Aprelin 6-sında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə İlham Əliyev və Nikol Paşinyan arasında keçirilən görüşdən sonra jurnalistlərə belə müsahibə verdi.

“Elə indicə biz Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. “

Görünən odur ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında danşıqlarda böyük rol oynayır.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması yolunda işə başlamağa razılığa gəliblər.

Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki. Rusiya Azərbaycan və Ermənistan arasında növbəti görüşü Rusiyada keçirə bilər. 2020-ci il 10 noyabr bəyanatından bu yana Rusiya Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunda olmasına qarşıdır. Digər maraqlı cəhət ATƏT-in Mink qrupunun bu danışıqlarda adının çəkilməməsidir. Aprelin 6-da bu danışıqlardan sonra Azərbaycan tərəfi Qarabağda qanunsuz erməni hərbi birləşmələrini çıxarmaq yolunda əməli addım atmalıdır. Brüssel görüşü Azərbaycanın regionda gücləndirir.


Politoloq

Rüstəm Tağızadə