04 May 2024
Braziliyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötüb

Braziliyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötüb

28 İyun 2020
Baxış: 395

Braziliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1,3 milyonu keçib, 57 mindən çox insan isə virusun qurbanına çevrilib.

AJM xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ümumilikdə Braziliyada 1 313 667 nəfərin virusa yoluxması təsdiqlənib, onlardan 57 070 nəfər isə dünyasını dəyişib. Virusa yoluxmuş 715 mindən çox ölkə əhalisi isə müalicə olunaraq sağalıb.

Bildirilir ki, son 24 saatda ölkədə 38 693 yeni yoluxma və 1109 ölüm faktı qeydə alınıb.

Teqlər: Braziliya