03 May 2024
Braziliya koronavirusdan ölənlərin sayına görə İtaliyanı keçib

Braziliya koronavirusdan ölənlərin sayına görə İtaliyanı keçib

05 İyun 2020
Baxış: 414

Braziliya yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayına görə İtaliyanı keçib.

AJM-nın BBC-yə istinadən verdiyi xəbərə görə, indiyədək Braziliyada koronavirusdan 34 021 nəfər ölüb.

İnfeksiyadan ölənlərin sayına görə Braziliya ABŞ və Böyük Britaniyadan sonra 3-cü yerdədir.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada koronavirusdan 1437 nəfər ölüb, 30 925 yeni yoluxma qeydə alınıb.

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 33 689 nəfərdir.

Teqlər: Braziliya