04 May 2024
Boris Conson "Terminator" filmindən məşhur sitatla vidalaşdı: "Hasta la vista, baby” - VİDEO

Boris Conson "Terminator" filmindən məşhur sitatla vidalaşdı: "Hasta la vista, baby” - VİDEO

21 İyul 2022
Baxış: 386

"Biz kömək etdik, mən kömək etdim, bu ölkəni pandemiyadan xilas etdim və başqa bir ölkəni barbarlıqdan xilas etməyə kömək etdim".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson istefası ərəfəsində İcmalar Palatasında vida nitqində bildirib.

Boris Conson xələfini ukraynalıların müdafiəsinə davam etməyə çağırıb:

"Son bir neçə saniyədən istifadə edib kim olursa-olsun, xələfimə bəzi məsləhətlər vermək istəyirəm. Birincisi, amerikalılara yaxın olun, ukraynalıların müdafiəsinə qalxın, hər yerdə azadlıq və demokratiyanı müdafiə edin. Vergiləri azaldın və bu ölkəni yaşamaq, investisiya qoymaq üçün ən yaxşı yerə çevirin".

Boris Conson çıxışını “Terminator” filmindəki “Görüşənədək, gözəlim” mənasını verən məşhur “Hasta la vista, baby” ifadəsi ilə bitirib.


(sfera.az)