03 May 2024
"Bizimlə əlaqəsi yoxdur!" - HƏMAS

"Bizimlə əlaqəsi yoxdur!" - HƏMAS

25 May 2021
Baxış: 689

Minskdə təcili eniş etmiş “Ryanair” təyyarəsi ilə bağlı insidentin HƏMAS-la heç bir əlaqəsi yoxdur.

AJMEDİA.info xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı açıqlamada deyilib.

Qeyd edək ki, Afinadan Vilnüsə doğru istiqamətlənmiş sərnişin təyyarəsi göyərtəsində bomba olması şübhəsi ilə Minskdə təcili eniş etmişdi. Belarus hakimiyyətinin sonradan yaydığı açıqlamada məhz HƏMAS-ın təyyarəni partlatmaqla bağlı hədələr ünvanladığı bildirilib. Məlumata görə, HƏMAS Avropa Birliyinin İsrailə dəstək verməkdən çəkinməsi üçün təhdidedici məzmundə məxfi elektron poçt ünvanı ilə məlumatlar göndərib.