04 May 2024
Bir gecədə 600 “parkovşik”i polisin reydindən qaçıran kimdir? - Ayda 300 min manat pul...

Bir gecədə 600 “parkovşik”i polisin reydindən qaçıran kimdir? - Ayda 300 min manat pul...

26 Yanvar 2022
Baxış: 493

"Bəlkə də biz səhv etdik ki, bir gün öncədən yol polisi ilə birgə məlumat yaydıq. Əraziyə çıxarkən onların heç birini ərazidə tapa bilmədik”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq” verilişində qonaq olan avtoekspert Elməddin Muradlı bildirib.

Ekspert əlavə edib ki, BNA-nın apardığı araşdırmalara əsasən, pullu fəaliyyət göstərən 600-ə yaxın parklanma nöqtəsi var: "Bunlardan da gündəlik 10-30 manat hər bir "parkovşik”dən pul yığılır. Bu o deməkdir ki, aylıq 300 min manat kimlərinsə cibinə gedir və heç bir vergisi də verilmir.

Bu 600 nəfəri görün bir nəfər necə idarə edir. Həmin gizli əl, mafiya kimdirsə, 600 nəfərə gecə ilə zəng edərək sabah heç kimin əraziyə çıxmaması barədə göstəriş verib”.

Teqlər: parkovşik