03 May 2024
Binəqədidəki dəhşətli yanğının VİDEOSU

Binəqədidəki dəhşətli yanğının VİDEOSU

15 Yanvar 2024
Baxış: 333

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə AJMEDİA.İNFO-ya FHN Mətbuat xidmətindən məlumat daxil olub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Hadisənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***

Sexdəki yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə nəticəsində 2 nəfər ölüb xeyli sayda yaralı var.