05 May 2024
"Bayraktar" Rusiyanın zenit-raketləri üçün ÇOX ASAN HƏDƏFDİR" - Pavel Sozinov

"Bayraktar" Rusiyanın zenit-raketləri üçün ÇOX ASAN HƏDƏFDİR" - Pavel Sozinov

24 Avqust 2021
Baxış: 681

Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatları (PUA) Rusiyanın zenit-raket kompleksləri üçün çox asan hədəfdir.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Almaz-Antey" şirkətinin baş konstruktoru Pavel Sozinov söyləyib.

O, "Bayraktar"ın ləng hərəkət etdiyini qeyd edib:

""Bayraktar çox asan hədəfdir. Onun sürəti çox aşağıdır və çəkisi 650 kiloqram olduğu üçün zenit-raket kompleksi tərəfindən asanlıqla vurula bilər".(unikal.org)

Qeyd edək ki, II Qarabağ müharibəsi zamanı "Almaz-Antey" şirkətinə məxsus Zenit Raket Kompleksləri Bayraktar PUA-ları tərəfindən məhv edilib.