04 May 2024
Baydenlə Netanyahu arasında telefon danışığı oldu

Baydenlə Netanyahu arasında telefon danışığı oldu

26 Oktyabr 2023
Baxış: 418

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenlə İsrailin Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb .

Danışıq zamanı Qəzzadakı son hadisələr və HƏMAS tərəfindən əsir götürülən ABŞ vətəndaşları da daxil olmaqla girovların azad edilməsi müzakirə edilib.

Bayden və Netanyahu Qəzzanı tez bir zamanda tərk etmək istəyən xarici vətəndaşların təhlükəsiz çıxışını müzakirə ediblər.