04 May 2024
Bayden özünü vitse-prezident Kamala Harrisin əri ilə səhv saldı - VİDEO

Bayden özünü vitse-prezident Kamala Harrisin əri ilə səhv saldı - VİDEO

16 Mart 2022
Baxış: 621

ABŞ Prezidenti Co Bayden özünü vitse-prezident Kamala Harrisin əri ilə səhv salıb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Ağ Evdə tədbir zamanı baş verib. O, iclasda müavininin iştirak etməməsini onun əri Duqlas Emhoffun koronavirusa yoluxması ilə izah etmək istəyib.

“Səhnədə olanlar arasında nizam bir az dəyişib: birinci xanımın əri koronavirusa yoluxub”, - deyə Bayden bildirib.

Prezidentin yanında əyləşən həyat yoldaşı Cil dərhal ona düzəliş edib: “Birinci xanımın əri sənsən”.

Bayden insanların gülüşündən sonra özünü itirmir:

“Doğurdan da. O haqlıdır. Bu, (birinci xanımın əri - red.) mənəm!” - deyə Bayden gülərək əlavə edib.

Mənbə: 360 TV