04 May 2024
Başkəndi Ermənistana veririk, 8 kəndi qaytarırlar – 1975-ci il xəritəsi Azərbaycana sərf edir?

Başkəndi Ermənistana veririk, 8 kəndi qaytarırlar – 1975-ci il xəritəsi Azərbaycana sərf edir?

02 İyun 2023
Baxış: 439

Rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər.

AJMEDİA.İNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan deyib.

Ümumiyyətlə, Paşinyanın fikrincə, müzakirəni faydalı hesab etmək olar.

“Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub”, – Ermənistanın baş naziri qeyd edib.

O, həmçinin qeyd edib ki, Ermənistan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır.

Maraqlıdır, bəs 1975-ci il xəritəsi Azərbaycana sərf edirmi? Ümumiyyətlə həmin xəritədə ərazilər necə təsvir edilib?

Qeyd edək ki, 1875-ci il xəritələrinin əsas götürülməsi Azərbaycanı tam razı salan həll modeli deyil. Çünki 60-cı illərin sonunda Qazax və Gədəbəydə ərazilərlə bağlı iddia qaldırılmışdı. 1975-ci illə götürüləndə bizim tarixi torpaqlarımız Ermənistan ərazisində qala bilər. 80-ci illərin ortasında isə Ceyrançöl ərazisindən yüz hektarlarla ərazimiz “Ermənistanın otlaq ərazisi yoxdur” adıyla qonşu ölkəyə verilmişdi.

Paşinyan erməni işğalındakı anklav kəndlərimizi Azərbaycanın ərazisi olaraq qəbul etdiyi kimi, Artsvaşen adlandırdığı Gədəbəy ərazisindəki Başkəndin də Ermənistan ərazisi olduğunu bildirməklə demək istəyir ki, Azərbaycanın 8 anklav kəndi geri qaytarılsa, Başkənd də onlara verilməlidir. (Savash.org)