05 May 2024
Baş prokurordan YENİ TƏYİNAT

Baş prokurordan YENİ TƏYİNAT

17 Dekabr 2021
Baxış: 829

Zəngilan rayonuna yeni prokuror təyin edilib.

AJMEDİA.İNFO-nun məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.