05 May 2024
"Barselona"nın məşhur futbolçusu cinsi təcavüzə görə həbs olunacaq - FOTO

"Barselona"nın məşhur futbolçusu cinsi təcavüzə görə həbs olunacaq - FOTO

19 Yanvar 2023
Baxış: 302

"Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alves cinsi təcavüzdə şübhəli bilindiyindən Kataloniya polisi tərəfindən həbs olunacaq.

AJMEDİA.İNFO Lent.az-a istinadən bildirir ki, dekabrın 30-da Barselonada gecə klublarından birində vaxt keçirən futbolçu ziyarətçilərdən birinə təcavüz edib və bundan narazı qalan xanım müəssisənin təhlükəsizliyinə şikayət edib və o, polisə müraciət edib.

Hazırda futbolçu yerli “Pumas” futbol klubunda oynadığı üçün Meksikadadır, lakin yanvarın 20-də ondan Kataloniya paytaxtının polisinə gəlməsi tələb olunacaq və orada müstəntiqə izahat verəcək.