04 May 2024
“Baku Elektronics”də GÜCLÜ PARTLAYIŞ: Bir nəfər ÖLDÜ

“Baku Elektronics”də GÜCLÜ PARTLAYIŞ: Bir nəfər ÖLDÜ

19 Noyabr 2021
Baxış: 544

Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

AJMEDİA.İNFO-nun məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, rayonun Bakıxanov qəsəbəsi ünvanda yerləşən “Baku Elektronics” elektrik avadanlıqlar dükana məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam etdirilir.