04 May 2024
Bakının mərkəzində partlayış: Yaralananlar var - FOTOLAR

Bakının mərkəzində partlayış: Yaralananlar var - FOTOLAR

30 Dekabr 2021
Baxış: 591

Bakıda qaz sızmasından partlayış olub.

AJMEDİA.İNFO-nun APA-ya istinadən məlumatına görə, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.