04 May 2024
Bakıda üç nəfərdən 200 min manatlıq pirotexniki məmulat müsadirə edildi - VİDEO

Bakıda üç nəfərdən 200 min manatlıq pirotexniki məmulat müsadirə edildi - VİDEO

30 Dekabr 2021
Baxış: 727

Pirotexniki məmulatların qeyri-qanuni satışını təşkil edən 60 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmə orqanlarına göndərilib.

AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov məlumat verib.

O bildirib ki, müvafiq dövr ərzində respublika ərazisində o cümlədən paytaxt və iri şəhərlərdə pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir:

“Bununla bağlı paytaxtla yanaşı respublikanın iri şəhərlərindən olan Gəncə, Sumqayıt, Lənkəranda pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində şəhər rayon polis orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib.

Görülmüş tədbirlər nəticəsində pirotexniki məmulatların qeyri-qanuni satışını təşkil edən 60 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta haqında protokollar tərtib edilərək, baxılması üçün məhkəmə orqanlarına göndərilib. İnzibati məsuliyyətə cəlb edilən 60 nəfərdən də qeyri-qanuni satışını təşkil etdikləri pirotexniki məmulatlar aşkarlanaraq götürülüb”.

“Həmçinin polis əməkdaşları tərəfindən “Sədərək” Ticarət Mərkəzində pirotexniki məmulatların geniş miqyasda satışını həyata keçirən üç nəfər saxlanılıb. Onlardan “qara” bazarda dəyəri 200 min manata yaxın olan pirotexniki məmulatlar aşkar olunaraq müsadirə olunub”, - deyə A.Qafarov qeyd edib.