04 May 2024
Bakıda DƏHŞƏT: Qadın yeni doğulmuş körpəsini öldürüb KÜÇƏYƏ ATDI

Bakıda DƏHŞƏT: Qadın yeni doğulmuş körpəsini öldürüb KÜÇƏYƏ ATDI

05 Aprel 2022
Baxış: 458

Bakıda yeni doğulmuş körpəsini öldürərək küçəyə atan qadına cinayət işi açılıb.

AJMEDİA.İNFO-nun Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, martın 31-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də A.K. Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.

A.K. (ad, soyad şərtidir) təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nizami Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.