04 May 2024
Bakıda 22 dərəcə isti olacaq

Bakıda 22 dərəcə isti olacaq

12 Oktyabr 2021
Baxış: 331

Azərbaycanda oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoz: Oktyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.