04 May 2024
Bakı sakinlərinin NƏZƏRİNƏ! -  Yollar bu tarixdən BAĞLANACAQ

Bakı sakinlərinin NƏZƏRİNƏ! - Yollar bu tarixdən BAĞLANACAQ

03 İyun 2022
Baxış: 444

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakıda yolların bağlanacağı tarix açıqlanıb.

AJMEDİA.İNFO-nun oxu.az-a istinadən xəbərinə görə, iyunun 6-da gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Hərəkət məhdudiyyəti tətbiq olunan üç zona olacaq. Bunlar İçərişəhər ərazisi, Azadlıq meydanı və onun yaxınlığında yerləşən küçələr, həmçinin BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir.

Hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq.