05 May 2024
Bakı-İstanbul avtobus reysləri BƏRPA OLUNUR? - RƏSMİ CAVAB - VİDEO

Bakı-İstanbul avtobus reysləri BƏRPA OLUNUR? - RƏSMİ CAVAB - VİDEO

31 Avqust 2021
Baxış: 1014

Bakı Beynəlxalq Avtovağzalından Bakı-İstanbul-Bakı müntəzəm reyslərinin fəaliyyət ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova öz sosial şəbəkə hesabında bildirib.

“Bu məlumat tamamilə yanlışdır. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən İstanbula heç bir müntəzəm marşrut xətti yoxdur. Pandemiya ilə əlaqədar olaraq daxili sərnişindaşıma bərpa olunsa da, beynəlxalq sərnişindaşımanın bərpası ilə bağlı qərar verilməyib. Gürcüstan, Türkiyə və digər istiqamətlərdə hələlik avtobusla sərnişindaşıma mümkün deyil. Lakin bu il iyulun 17-də Nazirlər Kabinetinin müvafiq qərarı ilə İran üzərində keçməklə Naxçıvana avtobusla səfərlər təmin olunub. Daşıyıcılardan biri Bakı Avtovağzal Kompleksindən Türkiyəyə getmək istəyən sərnişinlərə Naxçıvan üzərindən bilet almalarını tövsiyə edib. Bildirib ki, Naxçıvandan İğdıra və Türkiyənin digər şəhərlərinə gedə bilərlər. Bu, yaxşı bir şeydir”.

“Amma, əziz sərnişinlər, Naxçıvan üzərindən Türkiyənin hansısa şəhərlərinə səfərlərin olub-olmaması ilə bağlı məlumatı verən qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi deyil. Bu barədə məlumatı yalnız Naxçıvanla bağlı aidiyatı qurumun səhifəsindən, saytından öyrənə bilərsiniz. Qeyd etdiyim kimi bütün hallarda Bakıdan nə Türkiyəyə, nə Gürcüstana birbaşa belə səfərlər yoxdur”.