04 May 2024
Bakı Forumunda dünya problemlərinin həllinə gənclərin töhfəsi müzakirə olundu

Bakı Forumunda dünya problemlərinin həllinə gənclərin töhfəsi müzakirə olundu

05 Noyabr 2021
Baxış: 579

VIII Bakı Qlobal Forumu çərçivəsində sayca yeddinci olan “Gənclər danışır biz dinləyirik” adlı panel keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, paneldə dünya miqyaslı problemlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə gənclərin rolu müzakirə olunub.

Moldovanın Qaqauz Muxtariyyətinin rəhbəri İrina Vlax əhalinin sosial və iqtisadi həyatında pandemiyanın fəsadlarını dilə gətirərək hazırda tullantıların idarəçiliyi, peyvəndləmə, ətraf mühitin mühafizəsi, gənclərin tərbiyəsi kimi sahələrə vəsait yatırmağın daha çox əhəmiyyət daşıdığını bildirib.

“Biz yalnız müştərək hədəflər üzərinə bir yerdə getdiyimiz zaman güclü oluruq” – deyə o, vurğulayıb.