03 May 2024
Bakı Dövlət Universitetində COVID-19 pasportuna görə izdiham - FOTOLAR

Bakı Dövlət Universitetində COVID-19 pasportuna görə izdiham - FOTOLAR

29 Sentyabr 2021
Baxış: 586

Sentyabrın 29-dan Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

AJMEDİA.İNFO-nun məlumatına görə, universitetlərdə tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda xaosun yaranmasına səbəb olub.

Sıxlıq daha çox Bakı Dövlət Universitetinin (BDU) qarşısında baş verib.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub:

“Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi, demək olar ki, mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.