04 May 2024
Azyaşlı Nərminin qətlində günahlandırılan İlkin Süleymanovun məhkəmədən görüntüsü - FOTO
Azyaşlı Nərminin qətlində günahlandırılan İlkin Süleymanovun məhkəmədən görüntüsü - FOTO

Azyaşlı Nərminin qətlində günahlandırılan İlkin Süleymanovun məhkəmədən görüntüsü - FOTO

18 May 2021
Baxış: 777

Dünən 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baxılıb.

AJMEDİA.info bildirir ki, İlkin Süleymanovun məhkəmədən görüntüləri yayılıb.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb. Onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda aşkarlanıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham elan olunub.