04 May 2024
“Azərxalça”nın həbsdə olan sabiq sədri Vidadi Muradov VƏFAT ETDİ

“Azərxalça”nın həbsdə olan sabiq sədri Vidadi Muradov VƏFAT ETDİ

05 Noyabr 2021
Baxış: 649

“Azərxalça”nın sabiq sədri Vidadi Muradov vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki,"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, V.Muradov bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, Vidadi Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək həbs edilib. Noyabrın 1-də isə Vidadi Muradov səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb.

İstintaq zamanı onun 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.