04 May 2024
Azərbaycanlılar Türkmən dağında QANLI DÖYÜŞLƏR APARIR - ƏTRAFLI

Azərbaycanlılar Türkmən dağında QANLI DÖYÜŞLƏR APARIR - ƏTRAFLI

28 Oktyabr 2021
Baxış: 866

Suriyanın şimalında, Latakiyə bölgəsində “Əl-Qaidə”nin bazasında yaradılmış “Həyyat Təhrir əş-Şam” cihadçı qruplaşması Türkmən dağında mənzillənmiş, əsasən azərbaycanlılardan ibarət olan “Cundullah” radikal qruplaşmasına qarşı şiddətli döyüşlər aparır.

AJMEDİA.İNFO virtualaz.orq-a istinadən xəbər verir ki, bu haqda “Al Mayadeen” nəşri bildirir. Bir vaxtlar həmin qruplaşma “Həyyat Təhrir əş-Şam” qruplaşmasına daxil idi, amma sonradan onların arasında ziddiyyətlər yaranıb.

Bildirilir ki, hazırda bölgədə üzvləri əsasən xaricilərdən ibarət olan iki azsaylı qruplaşma-“Əbu Müslim əl-Şişani” ləqəbli çeçenin rəhbərlik etdiyi “Cund əl-Şam” və “Əbu Hənifə əl-Azəri” ləqəbli azərbaycanlının başçılıq etdiyi, təxminən 150 cihadçıdan ibarət “Cundullah” qruplaşması “Həyyat Təhrir əş-Şam” qruplaşmasına müxalifdir. Onların arasında amansız mübarizə gedir.

Bu iki qruplaşma “ən-Nüsra Cəbhəsi” kimi də tanınan “Həyyat Təhrir əş-Şam” qruplaşmasına qarşı vahid cəbhə yaradıb və onun komandiri Əbu Məhəmməd əl-Culaniyə tabe olmur. Həmin qruplaşmalar Türkmən dağında möhkəmlənib, “Həyyat Təhrir əş-Şam” yaraqlıları onlara iki istiqamətdən həmlələr edir. Bir neçə gün əvvəl “Həyyat Təhrir əş-Şam” bu qruplaşmalara qarşı özünün artilleriyasını və tanklarını da işə salıb. Bildirilir ki, Türkmən dağında mövqe tutmuş qruplaşmalarla danışıqlara heyət göndərilsə də “Cundullah” üzvləri onları edam ediblər.

“Cundullah” qruplaşmasının “Həyyat Təhrir əş-Şam”la heç cür barışmaq niyyəti yoxdur və sonadək döyüşməkdə qərarlıdır.