04 May 2024
Azərbaycanlı deputat AŞPA-da çıxışı zamanı Xankəndidə, Ağdamda yaşayan ermənilərə səslənib

Azərbaycanlı deputat AŞPA-da çıxışı zamanı Xankəndidə, Ağdamda yaşayan ermənilərə səslənib

19 Aprel 2021
Baxış: 1220

"Buradan Xankəndi, Ağdərə, Xocalıda yaşayan, rus sülhməramlıların da olduğu yerlərdəki ermənilərə səslənmək istəyirəm. Biz o erməniləri öz vətəndaşlarımız sayırıq. Reinteqrasiya qaçılmazdır və gerçəkləşəcək".

AJM-nın verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib. O bildirib ki, hazırda Qarabağdakı möhtəşəm rekonstruksiyasının birinci mərhələsi gedir və müxtəlif kooperasiya formatları yaradılır.

"Bir çox insan sülhün mümkünlüyünə inanmaya bilər. Ancaq bu, Ermənistan hökumətinin yaymağa çalışdığı təhlükəli bir fikirdir. Bizə qarşı edilmiş cinayətləri heç bir zaman unutmasaq da, biz gələcəyə baxmalıyıq. Biz mütləq sonsuz barış konsepsiyasına deyil, əldə ediləbilən, praktik sülh konsepsiyasına istinad edirik", - deyə Kamal Cəfərov bildirib.

Teqlər: Azərbaycan