03 May 2024
Azərbaycanın XİN başçısı ABŞ dövlət katibi ilə sərhəd məsələsini müzakirə edib

Azərbaycanın XİN başçısı ABŞ dövlət katibi ilə sərhəd məsələsini müzakirə edib

02 Dekabr 2021
Baxış: 652

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyəti müzakirə ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Qeyd olunub ki, C.Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb.

C.Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunan ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, Azərbaycan-Ermənistan sərhəddindəki gərginliyin səbəbləri, azad olunan ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat