03 May 2024
Azərbaycanın səhiyyə nazirindən müsahibə almaq istəyən jurnalistə qarşı kobudluq olundu - VİDEO

Azərbaycanın səhiyyə nazirindən müsahibə almaq istəyən jurnalistə qarşı kobudluq olundu - VİDEO

20 Aprel 2024
Baxış: 361

Sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirovun jurnalistə qarşı kobudluq etməsinin əks olunduğu video yayılıb. Görüntülər müzakirələrə səbəb olub.

Jurnalist səhiyyə naziri Teymur Kərimova yaxınlaşıb, ona sual vermək istəyir. Bu an P.Abdukərimov jurnalisti itələyərək, nazirdən uzaqlaşdırır. Nazirə yaxınlaşmaq istəyən jurnalist növbəti dəfə mətbuat xidməti rəhbərinin kobudluğu ilə üzləşir.

Onun bu davranışı daha çox jurnalistlər tərəfindən qınanılıb. P.Abdukərimovun bu hərəkəti qanun pozuntusu və jurnalistin peşə fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirilib.