04 May 2024
Azərbaycanın sabiq Baş naziri ilə jurnalist arasında efirdə ƏLBƏYAXA DAVA - AÇIQLAMA + VİDEO

Azərbaycanın sabiq Baş naziri ilə jurnalist arasında efirdə ƏLBƏYAXA DAVA - AÇIQLAMA + VİDEO

23 Fevral 2022
Baxış: 482

Ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik, Əməkdar jurnalist Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar. Hadisə “Yeni Müsavat”ın efirində yayımlanan “Dərin Təhlil” verilişində baş verib.

Belə ki, Tofiq Abbasovun verilişdə qonaq olan deputat Səməd Seyidovun adını çəkərkən, “Səməd bəy”, ardınca sözünə düzəliş edərək “Səməd müəllim” deməsinə partiya sədri Pənah Hüseyn replika ilə cavab verib.

“Nə olar bəy olanda, həm də Səməd bəydir də, niyə ehtiyyat edirsən bəy sözündən” – deyən P.Hüseynə T.Abbasovun cavabı belə olub: “Bəy sənsən də, mən sənə bəy deyirəm”.


Bundan sonra tərəflər arasında mübahisə əlbəyaxa davaya çevirilib.

Siyasətçilərin dava anının görüntüləri sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə yol açıb. Bəzi iddiara görə, dava zamanı Pənah Hüseynin burnu qırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Modern.az davada adı çəkilən şəxslərlə əlaqə saxlayaraq, nə baş verdiyini aydınlaşdırmağa çalışıb.

Tofiq Abbasov dünənki hadisə ilə bağlı ətraflı danışmaq istəmədiyini deyib: “Bu müzakirə mövzusu deyil. Hadisə idi, oldu keçdi. Olan bir şeydi”.

Pənah Hüseyn isə davada burnunun sınması barədə xəbərləri yalanlayıb. O, eyni zamanda Tofiq Abbasovdan polisə müraciət etmək niyyətində olmadığını vurğulayıb.

“Xeyr. Polisə niyə müraciət edim ki?! Burnuma heç nə olmayıb”.