03 May 2024
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

28 Dekabr 2021
Baxış: 634

Əməkdar artist Zilli Namazov dünyasını dəyişib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə aktyor Kazım Abdullayev məlumat verib.

O bildirib ki, əməkdar artist bu gün axşam saatlarında xərçəng xəstəliyindən həyata gözlərini əbədi yumub.

Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib, 1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışıb.

Allah rəhmət eləsin.