04 May 2024
Azərbaycanın daxili dövlət borcu 782 milyon manat artıb

Azərbaycanın daxili dövlət borcu 782 milyon manat artıb

14 Avqust 2023
Baxış: 455

1 iyul 2023-cü il tarixinə daxili dövlət borcu 4.970,3 milyon manat və ya 2023-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 4,5 faizini təşkil edib.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin sonu ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 782,1 milyon manat artıb. Bu artımın əsas səbəbləri dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq xarici borcun tədricən əvəzlənərək daxili dövlət borcalmasının həcminin artırılması məqsədilə cari ilin ötən dövrü ərzində xarici dövlət borc üzrə vaxtı çatan əsas borc ödənişlərinin daxili maliyyə bazarında yerləşdirilən dövlət istiqrazları hesabına təkrar maliyyələşdirilməsi, habelə dövlət büdcəsinin xərclərinin bir hissəsinin daxili borclanma hesabına maliyyələşdirilməsi olub.
Qeyd edilib ki, daxili dövlət borcunu daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edib. Hesabat tarixinə daxili dövlət borcunun 27,5%-i 1 illik, 52,1%-i 2 və 3 illik, 20,4%-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.yeniavaz.com