04 May 2024
“Azərbaycanın 86,6 min km² ərazisini tanıyırıq” - Paşinyan

“Azərbaycanın 86,6 min km² ərazisini tanıyırıq” - Paşinyan

17 May 2023
Baxış: 282

“Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır”.

AJMEDİA.İNFO “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı deyib.

O, mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşü xatırladıb: “Üç gün əvvəl Brüsseldə irəliləyiş əldə etdik və qeyd olundu ki, Ermənistan 86,6 min km² ərazisi olan Azərbaycanın bütövlüyünü, Azərbaycan da, öz növbəsində 29,8 min km² ərazisi olan Ermənistanın bütövlüyünü tanıyır”, - Paşinyan əlavə edib.

Qeyd edək ki, bununla da Ermənistan rəhbərliyindən ilk dəfə N. Paşinyan Azərbaycanın suverenliyini tanıdığını bəyan edib.