03 May 2024
Azərbaycanda və qonşularımızda pensiya: Kimdə nə qədərdir?

Azərbaycanda və qonşularımızda pensiya: Kimdə nə qədərdir?

16 Noyabr 2021
Baxış: 531

Gürcüstan mediası qonşularla müqayisəli şəkildə pensiya yaşı və məbləği ilə bağlı müqayisəli infoqrafiya dərc edib.

AJMEDİA.İNFO xəbər verir ki, pensiya yaşı Gürcüstanda 60 (qadınlar) və 65 (kişilər), Ermənistanda – müvafiq olaraq - 63 və 65, Azərbaycanda 62,5 və 65, Rusiyada 56,5 və 61,5, Türkiyədə isə 58 və 60-dır.

Ermənistanda minimum pensiya məbləği 2022-ci il 1 yanvardan 55-60 dollar olacaq, Gürcüstanda 76 dollar (minimal pensiya yoxdur, bu rəqəm bazaya aiddir), Azərbaycanda hazırda 117 dollar (2022-ci ildən 140 dollar olacaq), Rusiyada 138 dollar, Türkiyədə isə 240 dollardır.