04 May 2024
Azərbaycanda son sutkada koronavirusdan 11 nəfər öldü - Yoluxmada KƏSKİN ARTIM

Azərbaycanda son sutkada koronavirusdan 11 nəfər öldü - Yoluxmada KƏSKİN ARTIM

11 Avqust 2021
Baxış: 562

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2396 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

AJMEDİA.İNFO-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 445 nəfər müalicə olunaraq sağalıb, 5 095 nəfər vəfat edib, aktiv xəstə sayı 15518 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 792, ötən müddət ərzində isə ümumilikdə 4 147 588 test aparılıb.