04 May 2024
Azərbaycanda polis əməkdaşı FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Azərbaycanda polis əməkdaşı FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

07 Aprel 2023
Baxış: 466

Goranboy rayonunda polis yol qəzasında dünyasını dəyişib.

AJMEDİA.İNFO-nun məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirib və nəticədə avtomobil aşıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin - Goranboy Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.